11 sentyabr mərasimində Hillari Klintonun halı pisləşdi

11 sentyabr mərasimində  Hillari Klintonun halı pisləşdi

Bu gün ABŞ prezidentliyinə namizəd Hillari Klinton gözlənilmədən Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının yad edilməsi ilə bağlı rəsmi mərasimi başa çatmamış tərk edib.

APA-nın məlumatına görə, “Fox News” telekanalı özəl mənbəyə istinadən demokratların namizədinin huşunu itirdiyini və buna görə də mikroavtubosla mərasimdən aparıldığı barədə xəbər yayıb.

Şahidlərdən biri mühafizəçilərin H. Klintonun əlindən tutaraq mikroavtobusa əyləşdirildiyini bildirib.

Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, H. Klintonun prezident olmasına fiziki imkanları yetərli deyil. H. Klintonun həkimi  Liza Bardak isə bildirmişdi ki, H. Klintonun sağlamlığı qaydasındadır.

0
10