Makedoniyada zəlzələ əhalini təşvişə saldı

Makedoniyada zəlzələ əhalini təşvişə saldı

Makedoniyada baş verən zəlzələ nəticəsində 100-dək insan tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Makedoniyanın paytaxtı Skopye şəhəri yaxınlığında üç zəlzələ baş verib.

Onlardan ən güclüsü (5,3 bal) yerli vaxtla saat 15:10-da qeydə alınıb. Zəlzələ əhali arasında böyük təşvişə səbəb olub, mobil rabitə xidmətində problemlər yaradıb. Skopyenin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.

0
11