İcazə verildi: 60 yaşlı qadın qızının övladını dünyaya gətirəcək

İcazə verildi: 60 yaşlı qadın qızının övladını dünyaya gətirəcək

İngiltərədə vəfat edən qızının dondurulmuş yumurtalarını öz bədənində daşımaq və bu yumurtalar vasitəsi ilə hamilə qalmaq istəyən qadının müraciətinə müsbət cavab verilib. Lent.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyinin Embiryoloji şöbəsində aparılan araşdırmalardan sonra adının gizli saxlanmasını istəyən qadının öz qızının övladını dünyaya gətirməsində problem olmadığı bildirilib. Daha sonra dondurulmuş yumurtalar mayalandırılması üçün ABŞ-a göndərilib.

Qeyd edək ki, 2011-ci ildə bağırsaq xərçəngindən vəfat edən qız anasından onun övladını dünyaya gətirməsini xahiş etmişdi. Bundan sonra müraciət edən qadın qızının hüceyrələri əsasında uşaq dünyaya gətirmək üçün xeyli müddət gözləməli olub.

0
27