İran 5 ayda 8.7 mln. ton neft ixrac edib

İran 5 ayda 8.7 mln. ton neft ixrac edib

İran beş ayda 3,6 mlrd. dollar dəyərində 8.7 mln. ton neft məhsulları ixrac edib.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə,  ixrac həcminin artması İrana qarşı sanksiyaların və bank məhdudiyyətlərinin zəifləməsi ilə əlaqədardır.

Məlumata görə, İran iyulda Böyük Britaniyaya neft məhsullarının ixracını bərpa edib. Bundan başqa, Bolqarıstan, Rumıniya, İtaliya və Fransa İranla əməkdaşlıqda maraqlıdırlar.

0
15