Baku Chess-2016: Kişi yığmalarımızdan qələbə, qadınlar Çinə uduzdu

Baku Chess-2016: Kişi yığmalarımızdan qələbə, qadınlar Çinə uduzdu

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviyaya qalib gəlib.

İkinci yığmamız Finlandiyanı, üçüncü millimiz isə Dominikan Respublikasını xalsız qoyub.

Turun ən çox maraq doğuran görüşündə Rusiya ABŞ-la heç-heçə oynayıb.

Qadınlardan ibarət əsas millimiz Çinə uduzub. İkinci komandamız Sinqapura qalib gələrkən, üçüncü yığmamız Peru ilə xalları yarı bölüb.

0
12