Fransa Qara dənizə hərbi gəmilərini göndərir

Fransa Qara dənizə hərbi gəmilərini göndərir

Fransanın müdafiə naziri Jan İv Le Drian Gürcüstana səfəri zamanı Fransanın hərbi gəmisinin tezliklə Batumi limanında yan alacağını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu nazir Tiflisdə mətbuat konfransında bildirib.

Qeyd edək ki,  Fransanın müdafiə naziri Jan İv Le Drian Gürcüstana üç günlük  səfər edib.

Gürcü həmkarı Levan İzoriya ilə görüşü zamanı tərəflər iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər, hava və dəniz müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

0
14