Atdan yıxılan aktyor əməliyyat olacaq

Atdan yıxılan aktyor əməliyyat olacaq

Xəbər verdiyimiz kimi, atdan yıxılaraq almacıq sümüyü və qolu qırılan türk aktyor Çağdaş Öztürk xəstəxanaya yerləşdirilib.

Axşam.az Haberler-ə istinadən xəbər verir ki, 37 yaşlı aktyorun vəziyyəti nisbətən ağır olduğu üçün əməliyyat edilməsinə qərar verilib.

Aktyorun əməliyyatdan sonra da bir neçə gün xəstəxanada yatması məsləhət görülüb.

Qeyd edək ki, Ç.Öztürk bu mövsüm “Diriliş Ərtoğrul” serialında oynamağa hazırlaşırdı. Ona görə də at çapmaq üçün dərslər alırdı.

0
10