Abdulla Öcalan bayramda ailəsi ilə görüşəcək

Abdulla Öcalan bayramda ailəsi ilə görüşəcək

Türkiyə hakimiyyəti ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana ailə üzvləri ilə görüşməyə icazə verib. 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  Öcalana qardaşı Mehmet baş çəkəcək. Görüşün Qurban bayramında baş tutacağı bildirilir.

Qeyd edək ki, A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.  

0
13