Masazırda partlayış səsləri

Masazırda partlayış səsləri

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” oyunu maraqlı hadisələrlə başlayıb. Apasport.az saytının məlumatına görə, Masazırda “Əlincə Arena”da baş tutan və hazırda davam edən matçda 5-ci dəqiqədə “Qəbələ” hesabı açıb.

Bu qoldan sonra isə nominal meydan sahiblərinin – “Neftçi”nin azarkeşləri etiraz ediblər. Onlar etirazlarını “petardalar”, fişənglər partlatmaqla bildiriblər. Yüksək gurultu ilə müşahidə olunan partlayışlar ciddi narahatlıq yaradıb.

Həmin azarkeşlərin toplaşdıqları sektorlara polislər müdaxilə edərək sakitlik yaradıblar.

0
9