Azərbaycanlı atlet gümüş medal qazandı

Azərbaycanlı atlet gümüş medal qazandı

Azərbycan atleti Kamil Əliyev yarışların final mərhələsində çıxış edib.

Oxu.Az xəbər verir ki, atletimiz Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında gümüş medal qazanıb.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

0
9