Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Bu ilin iyul ayında Azərbaycanda POS-terminallar vasitəsilə 41 mln. manat həcmində 652 min əməliyyat həyata keçirilib.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bankdan Report-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmində 17 % artım, sayında isə əksinə 27% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk yeddi ayı ilə müqayisədə 12% artaraq cari ilin yanvar-iyul aylarında 256 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 27 mln. manat, sayı isə 45 % artaraq 74 min ədəd olub.Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 4% azalaraq 170 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə iyulda cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 11,5% artaraq 68 mln. manat təşkil edib. Yanvar-iyul aylarında isə bu göstərici illik müqayisədə 5% artaraq 426 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Təkliflərdən biri 1 000 manatdan yuxarı olan bütün ödənişlərin nağdsız aparılması tələbi, digəri isə bu ödənişlərə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.

0
12