Bakıda qurbanlıq heyvanların satılacağı – ÜNVANLAR

Bakıda qurbanlıq heyvanların satılacağı – ÜNVANLAR

Sentyabrın 12-də Qurban bayramı ilə əlaqədar Bakı və ətraf qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə yarmarkaları təşkil etməkdə məqsədi əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Xətai rayonu
- “Nargilə” kafesinin yanı;

Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti.

0
16