Siqaretlərin qiyməti niyə “oynayır”?

Siqaretlərin qiyməti niyə “oynayır”?

Siqaretin qiymətinin “oynaması” dolların qara bazardakı qiymətinin qalxıb-düşməsi ilə əlaqədardır.

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

İqtisadçı bildirib ki, siqaret istehsal edən şirkətlər məhsulun qiymətini dolların qiymətinə görə təyin edir:

“Siqaretlər Azərbaycanda istehsal olunsa da, onun tərkibinə qatılan komponentlər xaricdən gətirilir. Siqaretlərin bahalaşmasına dolların manata nisbətən ucuzlaşması təsir göstərir. Şirkətlər görəndə ki, dolların qiyməti qalxır, məcbur olub istehsal etdiyi məhsulun qiymətini qaldırır. Çünki şirkətlər dolları qara bazardan alır”.

S.Əliyev hazırda bazarlarda sakitliyin yarandığını qeyd etsə də, bunun müvəqqəti xarakter daşıdığını düşünür: “Görünür şirkətlərə də müəyyən inzibati təsirlər olunub. Məhz o təsirlərə görə qiymətlər düşüb. Nəzərə alsaq ki, qısa müddətdə manatın möhkəmlənməsi gözlənilmir, deməli, siqaretin qiyməti tədricən qalxacaq”.

0
19