Ledi Qaqa yarıçılpaq küçələrdə - FOTOLAR

Ledi Qaqa yarıçılpaq küçələrdə - FOTOLAR

Dünyanın məşhur ulduzu Ledi Qaqanın nişanlısı Taylor Kinneydən ayrıldıqdan sonra depressiyada olduğunu hamı bilirdi. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, onun siqaret damağında olan şəkilləri xeyli müzakirələrə səbəb olmuşdu. Lakin ulduz müğənni yenə də hamını şoka salmağı bacardı.

Paparazilər onu gecə yarısı Londonda kafelərin birindən çıxarkən yaxalaya biliblər. Müğənni xeyli kefli görünürmüş. Əyninə geyindiyi koftası yalnız sinəsinin yarısını örtə bilib. Digər yarısı isə açıqda qalıb. O, isə müxbirlərin təəccüblü baxışlarına fikir vermədən sərbəst şəkildə pərəstişkarları ilə görüşüb.

Lent.az həmin görüntüləri təqdim edir:

0
14