Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Türkiyə Respublikasının hüquqi şəxsi “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

0
13