Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, ölən var

Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, ölən var

Xəzər dənizində bədbəxt hadisə baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb.

Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.

Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.

0
17