"Neftçi”nin baş məşqçisi qovulub?

"Neftçi”nin baş məşqçisi qovulub?

 "Neftçi” PFK-da ciddi maliyyə yeyintilərinin olması barədə məlumat yayılıb. Lent.az musavat.com-a istinadən bildirir ki,  saytının klub daxilində olan mənbələrindən əldə etdiyi məlumata görə, SOCAR rəhbərliyi bu gecə klubun bazasında təcili toplantı keçirdib. Klubun sənədləri yoxlanıb. Yoxlanış zamanı dəhşətli maliyə yeyintiləri və saxta imzalar üzə çıxıb.

Bundan sonra klubun rəhbəri Çingiz Abdullayevdən başqa bütün müşahidə şurasında çalışanların fəaliyyətinə xitam verilib.

Bu gün səhər baş məşqçisi Vəli Qasımovun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlərdə həqiqəti əks etdirmir.

Vəli Qasımov klubdan qovulub, sadəcə olaraq oyun qabağı olduğu üçün açıqlama verilmir. Məlumata görə, Qurban bayramı bitdikdən sonra isə? Qasımovun qovulması rəsmiləşəcək. Çingiz Abdullayev isə transferlərdən xəbəri olmadığını, heç bir sənətdə imzası olmadığını və işləri Elnur Məmmədovun yönəltdiyini qeyd edib.

Socar rəhbərliyi isə, bayramdan sonra klubda anarxiya yaradanların hamısının qovulacağını bildirib.

0
5