Milli üzvü oynadı, komandası uduzdu

Milli üzvü oynadı, komandası uduzdu

Almaniya II Bundesliqasında IV tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun komandası "Aue" doğma meydanda Braunşvayq "Ayntraxt"ı ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsiylə nəticələnib – 2:0. Milli üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb və 62-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, hazırda hesabında 3 xal olan "Aue" 12-ci pillədə qərarlaşıb.

0
11