Mobil Əhmədovun 85 illik yubileyi keçirildi – FOTO

Mobil Əhmədovun 85 illik yubileyi keçirildi – FOTO

Ötən gün Bülbülün Memorial Muzeyində Azərbaycanın Xalq artisti, görkəmli vokal ifaçısı Mobil Əhmədovun 85 illik yubileyi və Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımovun “Ustada ehtiramla” adlı kitabının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova Mobil Əhmədovun Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülün sinfində təhsil aldığını, Bülbül məktəbinin davamçısı olduğunu vurğulayıb. Hər iki dahi sənətkarımızın xatirələri yad edilib.

“Mədəniyyət” kanalının baş direktoru, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, Bülbül məktəbinin davamçısı Ramil Qasımov da Mobil Əhmədovun həyat və yaradıcılığından bəhs edib.

Tədbir zamanı Mobil Əhmədovun ifaları səsləndirilib.

0
9