Məşhur klub premyer liqanı tərk etdi

Məşhur klub premyer liqanı tərk etdi

İngiltərə Premyer Liqasını tərk edəcək ilk komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, XXXIV turda "Mançester Yunayted"ə məğlub olan "Aston Villa"dı.

"Old Trafford"da rəqibin yeganə qoluna cavab verə bilməyən birmingemlilər üçün 17-ci pillədəki komandaya çatmaq şansı avtomatik olaraq bitib. Bu isə o deməkdi ki, hazırda sonuncu yerdə qərarlaşan "Aston Villa" qalan 4 matçın hamısında qalib gəlsə belə, gələn mövsüm "Çempionşip"də oynamaqdan qurtula bilməyəcək.

Bununla da "Aston Villa" 1986/87 mövsümündən sonra ilk dəfə elitanı tərk edib.

0
26