“CinemaPlus 28 Mall” kinoteatrında türk filminin nümayişi keçirilib – FOTO

“CinemaPlus 28 Mall” kinoteatrında türk filminin nümayişi keçirilib – FOTO

Azərbaycanın premium kinoteatrı “CinemaPlus tamaşaçıları sevindirib.

Oxu.Az xəbər verir ki, filmin rejissoru Özgür Bakardır. Baş rolları Ufuk Şen, Süleyman Kabaali və Bengi İdil Uras oynayıb.

Filmin qısa məzmunu belədir: Talip və Yaşar iş həyatında uğursuz olan iki qardaşdır. Qardaşlar aldıqları pulları lazımsız işlərdə itirirlər. İşlədiyi film mərkəzindən qovulan Çiğdem iki qardaşa maraqlı bir təkliflə yaxınlaşır. Yaşara özünü rejissor kimi tanıdan və iki qardaşı qorxu filmləri bazarında çoxlu pul olduğuna inandırmağa çalışan Çiğdem, son dəfə qardaşlardan pul alaraq qorxu filmi işinə daxil olmaqlarına nail olur. Lakin çəkiliş aparılan məkanda həqiqətən paranormal hadisələrin baş verməsi, qorxu filmi çəkib varlanmaq xəyalı ilə yaşayan bu iki qardaş üçün dəhşətli və gülməli bir macəraya çevrilir.

Qeyd edək ki, filmə 16 yaşına çatmamış insanların baxması tövsiyə olunmur.

0
19