“Rio-2016”: Azərbaycan atleti Paralimpiya Oyunlarında gümüş medal qazandı

“Rio-2016”: Azərbaycan atleti Paralimpiya Oyunlarında gümüş medal qazandı

Azərbaycan yığması “Rio-2016” Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, atlet Yelena Çebanu gümüş medala layiq görülüb.

O, 100 metr məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub – 11.40 saniyə.

Qeyd edək ki, daha əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.

0
43