Lavrov jurnalistlərə araq payladı- Cenevrədə

Lavrov jurnalistlərə araq payladı-  Cenevrədə

İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş maraqlı hadisə ilə yadda qalıb.

APA TV-nin məlumatına görə, Suriyadakı vəziyyətlə bağlı 15 saat davam edən danışıqlardan sonra Sergey Lavrov jurnalistlərə pitsa gətirib. O, pitsanı Amerika nümayəndə heyətinin göndərdiyini deyib.

Daha sonra Rusiyanın xarici işlər naziri bir qutu gətirib və jurnalistlərə araq paylayıb. Sergey Lavrov deyib ki, pitsa amerikalıların, araq isə rusların hədiyyəsidir.

Sergey Lavrov saatlarla görüşün bitməsini gözləyən jurnalistlərə minnətdarlıq edib.

0
11