Rusiya vətəndaşını Tovuzda toyda döydülər

Rusiya vətəndaşını Tovuzda toyda döydülər

Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

0
17