“Zara”nın təsisçisi dünyanın ən varlı insan oldu

“Zara”nın təsisçisi dünyanın ən varlı insan oldu

“Zara”, “Pull&Bear”, “Massimo Dutti” mağazalar şəbəkəsinin təsisçisi, biznesmen Amansio Orteqa “Microsoft”un təsisçisi Bill Qeytsi qabaqlayaraq dünyanın ən varlı insanların siyahısında birinci yerə yüksəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, sentyabrın 9-da, Forbes nəşri məlumat verir.

Reytinqə əsasən, ispaniyalı iş adamının sərvəti 78 milyard dollar, Bill Qeytsin sərvəti isə 77,9 milyard dollar təşkil edib.

Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb.

0
25