Baku Chess-2016: Yığmamız dörd millyə qalib gəldi

Baku Chess-2016: Yığmamız dörd millyə qalib gəldi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində kişilərdən ibarət əsas millimiz Xorvatiyaya qalib gəlib - 0.5:3.5.

İkinci komandamız Venesuela ilə heç-heçəyə razılaşıb. Üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasına uduzub.

Olimpiadanın vahid lideri Hindistan isə ABŞ-a məğlub olub.

Qadınlardan ibarət əsas yığmamız VII turda Hindistana qalib gəlib. İkinci komandamız Belarusa, üçüncü yığmamız isə Boliviyaya eyni aqibəti yaşadıb.

Olimpiada-2016

VII tur

Kişilər

Xorvatiya (2619) - Azərbaycan-1 (2705) - 0,5:3,5

Azərbaycan-2 (2576) – Venesuela (2428) - 2:2

Azərbaycan-3 (2350) – ICCD (2312) - 1.5:2.5

VI turdan sonra turnir cədvəli: 1. Hindistan – 12 xal; 2. ABŞ -11; 3. Hollandiya - 10; ...13. Azərbaycan-1, ...21. Xorvatiya – hər ikisi 9, …34. Azərbaycan-2, Venesuela – hər ikisi 8; ...86. Azərbaycan-3, ...89. ICCD – hər ikisi 6.

Qadınlar

Azərbaycan-1 (2320) – Hindistan (2403) - 2.5:1.5

Azərbaycan-2 (2248) – Belarus (2196) - 3.5:0.5

Azərbaycan-3 (2016) – Boliviya (1997) - 2.5:1.5

VI turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Ukrayna – hər ikisi 11 xal; 3. Polşa, 4. Rumıniya, 5. Hindistan, 6. Azərbaycan-1 – hamısı 10; ...36. Belarus, 37. Azərbaycan-2, 38. Azərbaycan-3, ...51. Boliviya – hamısı 7.

0
16