Suriyada 3 türk əsgəri şəhid oldu, 1-i yaralandı

Suriyada 3 türk əsgəri şəhid oldu, 1-i yaralandı

Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər ölüb, 1-i yaralanıb”, məlumatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb

0
12