“Qarabağ” AZAL-ı darmadağın etdi

“Qarabağ” AZAL-ı darmadağın etdi

Topaz Premyer Liqasında IV tura start verilib.

Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında “Qarabağ” doğma meydanda AZAL-ı qəbul edib.

Matç Qurban Qurbanovun yetirmələrinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Ağdamlıların heyətində Reynaldo (2 və 64-cü dəqiqələr) və Maksim Medvedev (42 və 66-cı dəq.) dubla imza atıb, hərəyə bir dəfə isə Miçel (44) və Dani (60) fərqlənib.

0
11