Azərbaycanlı aktyor dünyasını dəyişdi - FOTO

Azərbaycanlı aktyor dünyasını dəyişdi - FOTO

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov bir neçə saat bundan əvvəl dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a mərhumun yaxınları məlumat veriblər.

Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Azərbaycan naminə” filmlərində çəkilib.

Onun “Bir cənub şəhərində” filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.

www.oxu.az

0
22