Ekvadorda 41 nəfər dəhşətli zəlzələnin qurbanı oldu - FOTO + VİDEO

Ekvadorda 41 nəfər dəhşətli zəlzələnin qurbanı oldu - FOTO + VİDEO

Ölənlərin sayının artacağı istisna olunmur.

Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 km cənub-şərqdə yerləşib. 

Təkanlar 19,2 km dərinlikdə qeydə alınıb.

Ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.

0
27