Əli Hüseynli: QHT adı altında çirkli pulların yuyulmasına xidmət edən qurumlar var

Əli Hüseynli: QHT adı altında çirkli pulların yuyulmasına xidmət edən qurumlar var

“Qrant almaqdan məhrum edilmişik. Biz o qrantlarla çox iş görürdük”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyəti məhdudlaşdırılıb: “Bununla bağlı qərar çıxarılmalıdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-hökumət təşkilatlarına nəzarət mexanizmi var:

“Qanunlara dəyişiklik edərkən məqsədimiz hansısa qeyri-hökumət təşkilatının fəaliyyətini məhdudlaşdırmaq deyil. Biz bu fəaliyyətin şəffaf olmasına çalışırıq. Qeyri-hökumət təşkilatı adı altında elə qurumlar var ki, çirkli pulların yuyulmasına xidmət edir.

Qanunla vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem yaratmır. Bütün hallarda bu məsələ müzakirə ediləcək, yəni, çalışacağıq ki, qanunlara edilən dəyişiklik vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem olmasın”.

N.O.

0
8