Yaponiya ilə Rusiya arasında tarixi dialoq başlayır

Yaponiya ilə Rusiya arasında tarixi dialoq başlayır

Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması üçün yaxın vaxtlarda yüksək vəzifəli rəsmilərin görüşünün keçirilməsi barədə razılıq əldə edilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, həmin danışıqların mayda keçirilməsi nəzərdə tutulan baş nazir Şinzo Abe ilə prezident Vladimir Putinin görüşündən sonra təşkil olunması planlaşdırılır.

Bu barədə razılıq Yaponiyanın xrici işlər naziri Fumio Kişidanın onun rusiyalı həmkarı Serqey Lavrovla aprelin 15-də Tokioda keçirilən görüşündə əldə edilib.

F.Kişida bildirib ki, bu görüş yüksək səviyyəli siyasi dialoqa hazırlıq üçün mühüm addımdır. S.Lavrov isə öz növbəsində, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

0
25