Tünzalə Ağayevanın qızının yeni - FOTOLARI

Tünzalə Ağayevanın qızının yeni - FOTOLARI

Əməkdar artist Tünzalə Ağayeva ötən gün tələbəsi Samirə Əfəndiyevanın klip təqdimatına qızı Fidanla birgə qatılıb. Lent.az-ın məlumatına görə, əməkdar artistin qızı fotokameralardan kənar gəzməyə çalışıb. Lakin o, fotoqrafımızın obyektivinə yaxalanıb.

Xatırladaq ki, Fidan bu il orta məktəbi bitirib. O, təhsilini Türkiyədə davam etdirmək fikrindədir.

T.Ağayeva isə övladı barədə danışarkən bu sözləri demişdi: “Bilmirəm həyat mənə gələcəkdə nə göstərəcək. Allahdan xeyirlisini diləyirəm. Əgər orada nəsə varsa, sevgi yaşanırsa, onun qarşısına keçsəm də olmaz, acizəm. Valideyn istəyir ki, özü getdiyi yollarda qarşılaşdığı çuxurlardan, çətinliklərdən övladı keçməsin. Buna görə də, qızımla dost olmağa çalışıram. Ağı-qaradan ayırmasına kömək edirəm. Bu səbəbdən, o özü düzgün seçim etməyi bacaracaq”.


0
9