Rusiya qırıcısı ABŞ kəşfiyyatçısını hədəfə aldı

Rusiya qırıcısı ABŞ kəşfiyyatçısını hədəfə aldı

Hadisə Baltik dənizi üzərində baş verib.

Rusiyanın Su-27 təyyarəsi Baltik dənizi üzərində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsini hədəfə alıb, ABŞ Silahlı Qüvvələrinin ABŞ komandanlığının nümayəndəsi Denni Hernandes CNN teleşirkətinə bildirib.

“RC-135 Rusiya Su-27 qırıcısı tərəfindən təhlükəsiz və qeyri-peşəkar şəkildə hədəfə alınıb”, - deyə, Hernandes bildirib və əlavə edib ki, ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil olmayıb.

Onun sözlərinə görə, Rusiya təyyarəsi “nizamsız və aqressiv manevrlər edərək”, ABŞ təyyarəsinin qanadının 15 metrliyindən uçub. Hernandes bildirib ki, Rusiya qırıcısı RC-135 kəşfiyyatçısının üzərindən də uçub.

“Bir pilotun təhlükəsiz və qeyri-peşəkar hərəkətləri ölkələr arasında lazımsız gərginliyə gətirib çıxara bilər”, - deyə, o, bildirib və hadisə ilə bağlı şikayət olunacağını qeyd edib.  

0
21