Rabitəçilər bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər

Rabitəçilər bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər

Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Qurban bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz xidmətini təmin etmək məqsədilə struktur bölmələrinə tapşırıq verib.

Oxu.Az xəbər verir ki, nazirliyin məlumatına görə, rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər.

Nazirlik telefon xətlərinin və borcu olan abonentlərin (onların müraciəti əsasında) fasiləsiz işini təmin etməyi tapşırıb.

Operatorların bütün struktur bölmələrinə mümkün problemlərin təcili aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırığı verilib.

0
7