Məsudun xatirəsinə

Məsudun xatirəsinə

“Nəhəng və qorxunc yüz minlik rus ordusu şəhər və kəndlərə basqın etmiş, yolları bağlamış, çayların qarşısını almış, bütün müqavimət nöqtələrini bombalamışdı. Vəhşətə məruz qalmış bütün ölkə gücdən salınaraq öz qurbanlarının yasını tuturdu. Bununla belə, müqavimət mütləq azadlıq şəklində öz-özünü təşkil etdi. Saysız-hesabsız rus əsgərləri ilə üz-üzə gəlməyə qorxmayan gənc mülki mühəndis Əhməd Şah Məsud kəndbəkənd gəzərək, bunu sonradan sübuta yetirdiyi kimi, basqın etmiş qüvvələrə qalib gələcək yüz nəfərdən ibarət sadiq adamları toplamağa başladı. Məsudun təlimini keçmiş bu mücahidlər öz biliklərini daha yüzlərlə adama ötürdülər, beləliklə də, güclü ordu yarandı”.

Oxu.Az xəbər verir ki, bu sözləri dünyaca məşhur “National Geographic” jurnalının azərbaycanlı fotoqrafı Rza Diqqəti ötən (10 sentyabr 2001-ci il) Əhməd Şah Məsud haqqında yazıb.

“Məsud əsl strateqə çevrildikdən sonra onun əfqan xalqı uğrunda apardığı döyüş tarixin axarını dəyişdi və rus imperiyasının mövcudluğuna son qoydu ki, bu da Berlin divarının uçurulmasına aparıb çıxardı.

2001-ci il sentyabrın 9-da, yəni 11 sentyabr hadisəsindən iki gün əvvəl iki kişi sui-qəsd məqsədilə özünü televiziya jurnalisti kimi təqdim edərək sonuncu dəfə verdiyi müsahibə zamanı Məsudu qətlə yetirdi.

Bu gün Məsudun ölümünün on beşinci ildönümüdür və mən onun məğlubedilməz müqavimətini yad etmək istəyirəm. Mən sizi “Maptia”nın nəşri və Reyçl Diqqətinin rejissorluğu, “ARTE”-nin prodüserliyi ilə beş il əvvəl ərsəyə gəlmiş “Müqavimət” filmini özünüz üçün kəşf etməyə dəvət edirəm”, - deyə məşhur fotojurnalist sözlərinə davam edib.

Əfqanıstan, Kabil əyaləti, Bəqram, 1992-ci il.
Komandir Məsud və onun adamları. Kabilin ələ keçirilməsindən əvvəlki son görüşdən qabaq istirahət anı.

A.S.

0
13