“Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlandı

“Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlandı

Ukraynanın “Eurovision-2017”-nin Təşkilat Komitəsi müsabiqənin Kiyevdə keçiriləcəyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Paytaxta 19, Odessaya 2 səs verilib, 1 nəfər bitərəf qalıb. Dnepr səs almayıb.

Həmçinin tədbirin keçiriləcəyi yer də elan edilib. Bu, Dneprin sol sahilində yerləşən Beynəlxalq sərgi mərkəzidir.

“Bütün səs-texniki avadanlıq mükəmməlləşdirilməlidir. Orada 12-14 min tamaşaçı olmalıdır. ətrafda hər şey quraşdırılmalıdır – bu, landşaft dizaynıdır, bu çay tramvayları ilə soldan sağ sahilə keçirddir”, - Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk deyib.

N.O.

0
15