Yaponiyada üç gündə 388 zəlzələ olub

Yaponiyada üç gündə 388 zəlzələ olub

Yaponiyanın Küsü adasında son üç gün ərzində 388 zəlzələ qeydə alınıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi məlumat yayıb.

Məlumata görə, onların arasında ən güclüsü 7,3 və 7,1 bal gücündə olub.

Son məlumata görə, təbii fəlakət nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Yerli seysmoloqlar yeraltı təkanların hələ azı bir həftə davam edəcəyini və güclü təkanların təkrarlanacağını proqnozlaşdırırlar.

0
17