FETÖ-nü maliyyələşdirən iş adamının şirkətləri müsadirə edildi

FETÖ-nü maliyyələşdirən iş adamının şirkətləri müsadirə edildi

Türkiyənin tanınmış iş adamı Akın İpeyin (“Koza-İpek holding”) 18 şirkəti müsadirə edilib.

Oxu.Az “Milliyet”ə istinadən xəbər verir ki, qərara əsasən, 10 milyard dollarlıq şirkətlərin əmlakı Əmanət Haqqı Sığorta Fondunun hesabına köçürülüb. Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədar Akın İpeyin tutulması barədə qərar çıxarılıb. Hazırda onun axtarışda olduğu bildirilir.

Akın İpek FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinir.

N.O.

0
14