Səhiyyə Nazirliyi: Ağcəbədidə baş verən ana ölümü faktı araşdırılacaq

Səhiyyə Nazirliyi: Ağcəbədidə baş verən ana ölümü faktı araşdırılacaq

Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana ölümü faktına münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələyə münasibət bildirib: "22 yaşlı Quliyeva Nurlana Əziz qızı Ağcəbədi Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra ananın vəziyyəti vəziyyəti kəskin pisləşib və ölümlə nəticələnib. Uşaq isə sağdır. Quliyeva Nurlananın 2500 qr çəkidə qız övladı dünyaya gəlib və hazırda vəziyyəti stabildir".

Ananın nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Ekspert müayinəsindən sonra ölümün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Dəqiq səbəblər bundan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

0
16