İradə üçün özəl gün: "Ana olmağı çox sevdim" - FOTOLENT

İradə üçün özəl gün: "Ana olmağı çox sevdim" - FOTOLENT

Türkiyədə yaşayan müğənni İradə İbrahimova oğlu Əlinin 1 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, ifaçı oğlunun özəl günündə təəssüratlarını bölüşüb: “Keçən il bu vaxtı həyatımın ən gözəl anlarından birini yaşadım. Rəbbim bir körpəni bir ömür boyu mənə əmanət etdi. Mən 30 yaşımı çox sevirəm. Tanrı mənə gözəl həyat yoldaşı və iki övlad bəxş etdiyi üçün xoşbəxtəm. Ana olmaq məni yenidən sizlərə tanıtdı. Ana olmağım məni bəzilərinə nifrət etdirdi, bəzilərinə sevdirdi. Bir sözlə, ana olmağı çox sevdim. Rəbbim arzusunda olan hər kəsə nəsib etsin”.

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun izerlə ailə quran müğənninin İpək adlı bir qızı da var.

0
44