İspaniyada qatar relsdən çıxıb: Ölənlər var

İspaniyada qatar relsdən çıxıb: Ölənlər var

İspaniyada sərnişin qatarı relsdən çıxıb. Nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Voz de Galicia” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza Qalisiyada Porrino bələdiyyəsində baş verib.

Hazırda Louredo-Valos və Porrino arasında dəmiryolu əlaqəsi pozulub.

Baş verənlərin səbəbi məlum deyil.

N.O.

0
8