Kürdlər Suriyada federal dövlət yaradır - PAYTAXT SEÇİLDİ

Kürdlər Suriyada federal dövlət yaradır - PAYTAXT SEÇİLDİ

Suriyanın şimalında xeyli aktivləşən kürd qüvvələri buradakı Qamışlı şəhərini paytaxt elan etməyə hazırlaşır. Lent.az xəbər verir ki, "Reuters"a danışan kürd siyasətçi bölgədə federal kürd rejiminin formalaşdırılması üçün çalışdıqlarını və artıq konstitusiya layihəsini hazırladıqlarını deyib. Oktyabr ayında prosesin yekunlaşacağını əlavə edən mənbə Türkiyənin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatının onların planına mane ola bilməyəcəyini iddia edib.

Bildirilir ki, Türkiyənin nəzarətə götürmək istədiyi və demokratik qüvvələrin hədəfində olan Menbiç bölgəsi də kürd federal birləşməsinin tərkibinə qatılacaq.

Qeyd edək ki, Türkiyə Suriyadakı kürd qüvvələrinin (YPG) Fərat çayının şərqində yerləşməli olduğunu və irəliləməsinin yolverilməzliyini bəyan edib. Türkiyə dövləti İŞİD-dən təmizlənən Menbiçin kürd qüvvələrinin nəzarətinə keçməsinin qəti əleyhinədir.

0
6