Tünzalə Ağayeva "O səs" finalçısının klip təqdimatında - FOTOLENT

Tünzalə Ağayeva "O səs" finalçısının klip təqdimatında - FOTOLENT

“Səs Azərbaycan” musiqi yarışmasının finalçısı, əməkdar artist Tünzalə Ağayevanın tələbəsi Samirə Əfəndiyeva yeni klipinə təqdimat keçirib. Lent.az-ın məlumatına görə, “Sən gələndə” adlı klipin təqdimat mərasiminə qatılan T.Ağayeva tələbəsinin yeni işi barədə məlumat verdi: “Samirə mənim istedadlı tələbəmdir. Məhz buna görə də dəstək oluram. Jurnalistlərdən çox xahiş edirəm ki, indi deyəcəyim sözləri yazsınlar. Bu gün məqsədimiz şou-biznesə yeni sima gətirmək deyil. Məqsəd odur ki, istedadlı gənclərə dəstək olmaqdır. İnanıram ki, Samirə bu sənətdə layiqli bir yer tapacaq. Klipə gəldikdə isə çox fərqli bir iş ərsəyə gəlib. Ən əsası da odur ki, heç bir sərmayə yatırmadan bir klip ərsəyə gəlib”.

Daha sonra S.Əfəndiyeva  da fikirlərini bölüşüb: “Bu mahnı sosial şəbəkədə xeyli insan tərəfindən bəyənildi. Bu səbəbdən klip çəkdirmək barədə düşündüm. Düşünürəm ki, maraqlı bir iş alınıb. Bu mahnıda vokal imkanlarımı göstərməyə çalışmışam. Mahnı onsuz hitdir, Mübariz Tağıyev oxuyub. Mən isə həmin mahnını uğurlu oxumağa çalışmışam”.

Qeyd edək ki, “Sən gələndə” adlı bəstənin sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsusdur. klipin rejissoru Abbas Səlimbəyov, musiqi prodüseri əməkdar artist Tünzalə Ağayeva və geyim məsləhətçisi modelyer Gülnarə Xəlilova olub.

Fotoları Lent.az üçün “Ay moment- group”, fotoqraf Yusif Əhmədzadə çəkib.

0
137