Bakıda “Range Rover” yeraltı keçidə aşdı – FOTO

Bakıda “Range Rover” yeraltı keçidə aşdı – FOTO

Bakının mərkəzində ağır qəza baş verib.

Oxu.Az-a verilən məlumata görə, hadisə dünən gəcə saatlarında, Neftçilər prospektində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verib.

Belə ki, “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarə etməni itirərək avtomobili aşırdıb. Qəza nəticəsində avtonəqiyyat vasitəsi yeraltı piyada keçidin içinə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin aşması nəticəsində üç nəfər ciddi xəsarət alıb.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin başvermə səbəbi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub.

Elvin Əhmədov
FOTO: Rüstəm Babayev

0
117