Britaniyalı saqqallı qadın Ginnesin Rekordlar kitabına düşdü - FOTO

Britaniyalı saqqallı qadın Ginnesin Rekordlar kitabına düşdü - FOTO

Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqal olan qadın kimi Ginnesin Rekordlar kitabına düşüb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Kaur tüklərin uzanmasına səbəb olan xəstəliyə düçar olub.

Qız komplekslərin, eləcə də ətrafdakıların istehzasının öhdəsindən gəlmək üçün 15 sm-lik saqqal uzatdığını danışıb.

Bu ilin martında Harnaam Londonda yüksək moda dəfiləsində podiuma çıxaraq ilk saqqallı model olub.

N.O.

0
13