Qadın 15 sm. saqqal ilə "Ginnesin Rekordlar Kitabı"na düşdü

Qadın 15 sm. saqqal ilə "Ginnesin Rekordlar Kitabı"na düşdü

Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqallı qadın kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Kaur sürətli tüklənmə xəstəliyindən əziyyət çəkir.

Qadının sözlərinə görə, o, kompleksləri və ətrafdakıların ona qarşı ünvanladığı daimi təhqirlərin öhdəsindən gəlmək üçün 15 santimetr uzunluğunda saqqal saxlayıb.

Cari ilin mart ayında Harnaam Londonda keçirilən Yüksək dəb həftəsi çərçivəsində nümayiş zamanı podiuma çıxaraq ilk saqqalı model olub.

0
11