Aktyor dünyasını dəyişdi

Aktyor dünyasını dəyişdi

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov dünyasını dəyişib. 
Lent.az-ın məlumatına görə, bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov  evində vəfat edib.



Xatırladaq ki, Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib. Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.


 
Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

Allah rəhmət eləsin

0
40