YouTube-da konsert verəcək

YouTube-da konsert verəcək

Xəbər verdiyimiz kimi, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran və buna görə bir neçə konserti ləğv edilən Sıla Gəncoğlu, mahnılarını İnstaqramda paylaşmağa başlamışdı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müdətdir sevənlərindən ayrı qalan ifaçı fərqli addım atmağa hazırlaşır.

Sıla Tvitterdə status foto paylaşaraq sabah 22:00-da (Bakı vaxtı ilə 23:00) YouTube-da canlı konsert verəcəyini bildirib.

Qeyd edək ki, Sılanın açıqlamalarına görə İstanbul, Bursa, Ankara, Kayseri və Bodrumdakı konsertləri təxirə salınmışdı.

0
16