“Cəbhət ən Nüsrə”-nin lideri məhv edildi

“Cəbhət ən Nüsrə”-nin lideri məhv edildi

 Naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələrin nəticəsində  “İstila ordusu” qruplaşmasının yaradıcılarından biri  və “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) qruplaşmasının lideri məhv edilib.    

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə,  suriyalı üsyançıların liderlərinin görüşü  təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.

“Röyters”in xəbərinə görə, hücum nəticəsində öldürülən “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqebdir.

0
14